Ölkə

Bərdədə ağır qəza, ölən və yaralanan var

17 May 2022 11:42
0 Şərh     Baxış: 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hadisə mayın 16-da saat 11 radələrində Bərdə rayonunun Əmirli kəndi ərazisində baş verib.

Kənd sakini N.Əmirovun idarə etdiyi "Mercedes" və Ağdam rayon sakini Ələmdar Qarayevin idarə etdiyi "VAZ-21063" markalı avtomobillər toqquşub. Nəticədə xəsarət almış Ə.Qarayev xəstəxanaya aparılarkən yolda ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.