Ölkə

Salyanda 14 yaşlı oğlan itkin düşdü

30 Aprel 2022 14:24
0 Şərh     Baxış: 762
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Salyan rayon sakini itkin düşüb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, Salyan rayonu Kürsəngi kənd sakini X.Məmmədova cari ilin mart ayının 8-də Rayon Polis Şöbəsinə müraciət edərək, 7 mart tarixində oğlu, 2008-ci il təvəllüdlü H.Hacıyevin yaşadıqları evdən çıxması və bir daha geri qayıtmaması barədə məlumat verib.

H.Hacıyevin əlamətləri belədir: boyu 170 sm., arıq bədən quruluşlu, sarışın və qısa saçlı.

Evdən çıxan zaman əynində qara rəngli gödəkcə, göy rəngli köynək, göy rəngli şalvar və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz yeniyetməni tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Salyan Rayon Polis Şöbəsinə və 055-390-87-87 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.