Ölkə

“Sürücünü döyən məmur həbs edilməyib” - DİN - YENİLƏNİB

26 Aprel 2022 16:32
10 Şərh     Baxış: 8 529
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:32

"Prezidentin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsinin müdiri Sultan Dadaşovun 25 sutka inzibati cəza alması xəbəri yalandır".

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib.

Elşad Hacıyevin sözlərinə görə, Sultan Dadaşov inzibati cəza alması barəsində xəbər həqiqəti əks etdirmir: "Məlumat sosial şəbəkələrdə yayılıb, doğru deyil. Bu barədə hələ heç nə yoxdur, olan kimi məlumat yayacağıq".

14:32

Bakıda moped sürücünə güc tətbiq edən Sultan Dadaşov məhkəmə qarşısına çıxarılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, məhkəmənin qərarı ilə Sultan Dadaşov barəsində 25 sutka inzibati qaydada həbs qərarı verilib.

Xatırladaq ki, sözügedən hadisə ilə bağlı ötün gün sosial şəbəkədə görüntülər yayılıb. "Lexus" markalı, 10 VX 707 dövlət qeydiyyat nişanlı minik avtomobili ona yol verməyən moped sürücüsünü əvvəlcə avtobillə sıxaraq xəsarət yetirib. Daha sonra "Lexus"-un sürücüsü Sultan Dadaşov avtomobildən düşərək digər sürücüyə qarşı təhqiredici ifadələr işlədib, fiziki güc nümayiş etdirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma başlanılıb.

--------

12:30

Ötən gün Bakıda motosikletçiyə qarşı xuliqanlıq edən Sultan Dadaşov saxlanılıb.

Milli.Az bildirir ki, onun barəsində inzibati protokol tərtib edilib və baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib.

Məhkəmə gün ərzində S.Dadaşov barəsində qərar çıxaracaq. Onun inzibati qaydada həbs ediləcəyi bildirilir.

Qeyd edək ki, Sultan Dadaşov əvvəllər Prezident Sarayının təminat şöbəsinin müdiri olub. O, 2022-ci ilin əvvəlində vəzifəsindən azad olunaraq Prezidentin İşlər İdarəsində inzibati xarakterli sıravi işə keçirilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.