Ölkə

Təmir sexindən 25 min manat oğurluq edən dəstə tutuldu - VİDEO - FOTO

30 Mart 2022 10:06
0 Şərh     Baxış: 923
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində rayon ərazisində silsilə oğurluqlar edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, rayonun Çayarxı kəndində yerləşən avtomobil təmiri sexindəki iki yük avtomobilindən ümumi dəyəri 15 000 manat olan mühərrik hissələrinin, eləcə də MMC-lərin birindən 10 000 manatlıq elektrik avadanlıqları və metal hissələrin oğurlanması barədə polisə müraciət daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxslərin şəhər sakinləri-əvvəllər də oğurluğa görə məhkum edilmiş Elşən Həsənov, Emin Eminov və bir nəfər yeniyetmə olduğu müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılıb və törətdikləri cinayət əməllərini etiraf ediblər.

İlkin araşdırma zamanı E.Həsənovun bir neçə dəfə həmin obyektlərdən oğurluq etdiyi, sonuncu dəfə isə saxlanılan digər iki nəfərin də onunla əlbir olduğu məlum olub. Saxlanılanlar oğurladıqlarını metal qəbulu məntəqələrinə sataraq əldə etdikləri pulu öz aralarında bölüblər.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.