Ölkə

Azərbaycanda Ramazan bayramının tarixi açıqlandı

29 Mart 2022 14:43
0 Şərh     Baxış: 4 038
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda Ramazan bayramının tarixi açıqlanıb.

Milli.Az bildirir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Ramazanla bağlı fətvasında deyilir.

Fətvada qeyd olunur: "Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 2-nə təsadüf edəcəkdir, inşallah. Bütün İslam ümmətini mübarək Ramazanın gəlişi münasibətilə təbrik edir, müqəddəs dinimizə ehtiram nümayiş etdirməkdə, oruc ibadətimizi layiqincə tamamlamaqda bizə yardımçı olmasını Uca Rəbbimizdən diləyirik! Allah oruc və namazlarımızı qəbul etsin, bizləri məğfirət və mərhəmətə nail olan bəndələrindən qərar versin.

Allahdan diləyim budur ki, Öz Böyük Mərhəmət və Kəramətini xalqımızın üzərində bərqərar etsin, dövlətimizi qalib və dövlət rəhbərimizi hər zaman müzəffər qərar versin, bütün ülvi arzu və xoş niyyətlərimizin gerçəkləşməsini bizlərə qismət etsin. Amin"

Ramazan.Milli.Az​

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.