Ölkə

Tovuzçayda antisanitar vəziyyət hökm sürür - VİDEO

27 Mart 2022 11:37
0 Şərh     Baxış: 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuzçay çayının rayonun Bozalqanlı kəndi ərazisindən keçən hissəsində antisanitar vəziyyət hökm sürür. Çayin sahili zibilliyə çevrilib.

Dünyasını dəyişmiş insanın yataq dəsti, heyvan leşləri, məişət tullantıları, sınmış şüşə, plastik qablar, tikinti materialları qalıqları və başqa tullantılar axar çaya atılır.

Hazırda Tovuzçayın sahili zibil poliqonunu xatırladır.

Yaxınlıqda yaşayanların sözlərinə görə, bu vəziyyət uzun müddətdir ki davam edir.

Bozalqanlı kənd inzibati ərazi dairəsinin nümayəndəsi Azər Hacıyev "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, əraziyə zibil tökülməsindən xəbərsizdir. O vəd edib ki, iş günü başlayanda sözügedən əraziyə baxış keçiriləcək və aidiyyəti qurum tərəfindən müvafiq addımlar atılacaq.

Milli.Az Xəzər TV-yə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.