Ölkə

Silahla gəzən keçmiş məhkum tutuldu - VİDEO - FOTO

17 Mart 2022 10:12
0 Şərh     Baxış: 753
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq odlu silah daşımaqda şübhəli bilinən şəxs tutularaq məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı şəhər sakini, əvvəllər soyğunçuluq cinayəti törətdiyinə və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə ümumilikdə 10 ildən artıq məhkumluq həyatı yaşayan Ramin Talıbov saxlanılıb. Şəxsi axtarış zamanı ondan lüləsi və qundağı kəsilmiş (obrez), atəşə yararlı tüfəng aşkarlanaraq götürülüb. R.Talıbov ifadəsində odlu silahı bir neçə il əvvəl Göyçay çayının sahilindən tapdığını və yaşadığı ünvanda gizlətdiyini bildirib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.