Ölkə

Məhkəmə yolu bağlayan TIR sürücüləri ilə bağlı qərar verdi

18 Fevral 2022 17:26
0 Şərh     Baxış: 1 803
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Bakıda etiraz məqsədilə Heydər Əliyev prospektini bağlayan yük maşını sürücüləri inzibati qaydada həbs ediliblər.

Milli.Az bildirir ki, sürücülər Fəxrəddin Məlikov və Mirələm Məmmədov İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni əmrinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli biliniblər.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə hər üç sürücü inzibati qaydada 30 sutka həbs olunublar.

Bakıda yolu bağlayan TIR sürücü Rəmiş Cəfərov barəsində də həbs qətimkan tədbiri seçilib.

Məhkəmə R. Cəfərov barəsində istintaq orqanının təqdimatı əsasında 2 aylıq həbs qətimkan tədbiri qərarı çıxarıb.

Qeyd edək ki, həmin fakta bağlı Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.