Ölkə

Narkotikin təsiri altında maşın sürən şəxs 5 günlük həbs edilib

12 Fevral 2022 15:37
0 Şərh     Baxış: 1 197
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən daha bir sürücü müəyyən edilib.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən xəbərə görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 10-da Sumqayıt şəhər sakini Vüqar Hümbətəliyevin idarə etdiyi "Mercedes" markalı avtomobil Abşeron rayonu ərazisində saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə onun barəsində protokol tərtib olunub.

Abşeron rayon məhkəməsinin qərarı ilə V.Hümbətəliyev 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 5 gün müddətinə inzibati qaydada həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.