Ölkə

Azərbaycanda gübrə qiymətləri artıb - VİDEO

11 Fevral 2022 17:06
1 Şərh     Baxış: 1 313
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son vaxtlar müşahidə olunan bahalaşma Gübrə bazarından da yan keçməyib. Özü də qiymətlər nə az, nə çox, düz 2 dəfə artıb.

Milli.Az xəzərxəbər-ə istinadən xəbər verir ki, tovuzlu fermerlər bildirirlər ki, əvvəllər 17-18 manata satılan mineral gübrələrin qiyməti indi 40 manatdan başlayır.

Fermerlərin sözlərinə görə, bahalaşma ilin əvvəlindən başlayıb.

Qiymət artımını satıcılar da təsdiqləyirlər.

Kənd Təsərrüfatı Nazirliyindən isə xəbər ertəsinə bildirildi ki, bahalaşma dünya bazarında mineral gübrələrin qiymətinin artması ilə bağlıdır. Çünki, belə gübrələr Azərbaycana əsasən, xaricdən idxal olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.