Ölkə

Bu məktəb yanacağa tələbatını özü ödəyir - VİDEO

11 Fevral 2022 16:20
0 Şərh     Baxış: 1 056
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağac və taxta tullantıların təkrar emalından əldə olunan pellet yanacağı...

Milli.Az xəzərxəbər-ə istinadən xəbər verir ki, Tovuzda bir neçə orta məktəbdə bu yanacaqla işləyən isitmə sistemi quraşdırılıb. Pilot layihə ilkin olaraq rayonun Əlimərdanlı, Kirən, Sarıtala və Çobansıxnaq kəndlərindəki təhsil müəssisələrində tətbiq olunub. Effektli nəticə verərsə, alternativ enerjidən rayonun daha bir neçə məktəbində istifadə edilməsi nəzərdə tutulur.

Pilot layihə Ağstafada da həyata keçirilib. Rayonun Köçəsgər kəndindəki 2 saylı tam orta məktəbin sinif otaqları noyabrın 15-dən bu sistemlə qızdırılır.

Qeyd edək ki, bu yanacaq növünün, xüsusilə, ucqar kəndlərdə sərfəli olacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.