Ölkə

Tağıyevin heykəlinə zərər vuranların adları açıqlandı - FOTO

19 Yanvar 2022 11:37
1 Şərh     Baxış: 2 343

Səbail rayonunda Hacı Zeynəlabdin Tağıyevin heykəlinə zərər vuran şəxslərə cinayət işi açılıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar Səbail Rayon Polis İdarəsi (RPİ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər - 1991-ci il təvəllüdlü Vüqar Tağızadə, 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli ilə müəyyən olunaraq saxlanılıb.

Qeyd olunan hərəkətlərdə xuliqanlıq, tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama əməlinin tərkib əlamətləri olduğundan fakta görə Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

40 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Sumqayıt · 19 Yanvar 11:5380

    Həmin adamlar H.Z.Tağıyevin heykəlinə zərər verməkdə məqsədləri, səbəbləri nə olub ki?? Demədilər?? O zaman ya Maştağadakı xəstəxanadan qaçıblar, ya Narkoloji Dispanserdən, ya alkaşdırlar, ya da sifarişdir, baxın,başqa heykəllərə zərər vurulmur, amma Tağıyevin heykəlinə zərər vurulur..Mən dəqiq bilmirəm, Bakıda Məhəmməd Əmin Rəsulzadənin heykəli var?? Kimdirsə, kimlərdirsə Azərbaycanın Azərbaycan olmasında böyük pay sahibi olanlara qarşı allergiyası var..

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics