Ölkə

Azərbaycanda 5 yaşlı uşağın öldüyü hadisənin DƏHŞƏTLİ TƏFƏRRÜATI

17 Yanvar 2022 10:22
1 Şərh     Baxış: 2 023
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvarın 15-nə keçən gecə Ağcabədi rayonunun Poladlı kəndində 2017-ci il təvəllüdlü Vəliyev Zalış Etibar oğlunun öldüyü ağır yol qəzasının təfərrüatları məlum olub.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, qəza zamanı 5 yaşlı uşaq atasının, yəni hadisəni törədən sürücü - 1991-ci il təvəllüdlü Vəliyev Etibar Zalış oğlunun qucağında olub.

Belə ki, kənddə toy məclisində iştirak edən Etibar daha sonra içkili vəziyyətdə özünə məxsus "VAZ 2106" markalı avtomobilin sükanı arxasına keçib. O, yola çıxarkən 5 yaşlı oğlunu qucağında saxlayıb və uşaq qucağında ola-ola maşını idarə edib. Bir qədər getdikdən sonra avtomobil Etibar Vəliyevin idarəetməsindən çıxaraq aşıb. Nəticədə sürücünün 5 yaşlı oğlu ağır xəsarətlər alaraq vəfat edib. Etibar Vəliyev isə Ağdam rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.