Ölkə

Bakıda 16, Gəncədə 14 yaşlı yeniyetmə itkin düşüb

10 Yanvar 2022 10:54
0 Şərh     Baxış: 758
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı və Gəncədə yeniyetmələr itkin düşüb.

Milli.Az-ın məlumatına görə, yanvarın 7-də paytaxtın Binəqədi rayon ərazisində 2006-cı il təvəllüdlü Məbud Hüseynov yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Bununla bağlı Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində araşdırma başlanılıb.

Bundan başqa, Gəncə şəhəri Nizami rayon ərazisində 2008-ci il təvəllüdlü Tuncay Quliyev oynamaq adı ilə yanvarın 3-də evdən çıxıb və geri qayıtmayıb.

Nizami rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.