Ölkə

Gürcüstanda azərbaycanlı yeniyetmələr nişanlanıb

5 Yanvar 2022 15:24
0 Şərh     Baxış: 2 218
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanın Kaspi rayonunun azərbaycanlılar yaşayan Ferma kəndində 15-16 yaşlı oğlan və qızın nişanlanması barədə məlumatlar yayılıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yer alan foto və videolarda iddia olunan nişan mərasimində yeniyetmələrin bir-birinin barmağına üzük taxması əks olunub.

Yayılan məlumatlara əsasən, qız 9-cu sinif şagirdidir, onun ailə üzvü ictimai məktəbdə çalışır.

Qızın babası Şaxal İsmayılov yerli mətbuata nişanın baş tutması faktını təkzib edərək bildirib ki, nəvəsinin ad günü qeyd olunub və üzük ona hədiyyə kimi təqdim edilib.

Gürcüstanın insan hüquqları sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ölkənin Daxili İşlər Nazirliyini (DİN) faktla bağlı araşdırma aparmağa çağırıblar. DİN-dən məsələ ilə bağlı hələ heç bir şərh verilməyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.