Ölkə

“Azəriqaz”dan limitlərin sıfırlanması ilə bağlı AÇIQLAMA

4 Yanvar 2022 15:53
11 Şərh     Baxış: 5 435
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bu ilin yanvar ayının 1-dən bu günədək qaz istehlakına görə tarif limitlərinin sıfırlanması prosesi 65 faiz icra olunub".

Bu barədə "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev "Facebook" hesabında yazıb.

Birliyin rəhbəri əlavə edib ki, qeyd olunan müddət ərzində sonradan ödənişli sayğacdan (mexaniki sayğaclar) istifadə edən 104 min abonent sayğaclarının görünən hissəsini mobil telefonla çəkərək müəssisənin təşkil etdiyi (077) 310-41-04 "WhatsApp" nömrəyə göndəriblər.

"Bayram günləri olmasına baxmayaraq, "Azəriqaz"ın əməkdaşları tarif limitlərinin sıfırlanması prosesini davamlı olaraq həyata keçirir. Paralel olaraq abonentlər də bu prosesdə Birliyə dəstəyini fəal olaraq göstərməkdədirlər. Məhz bu dəstəyin müqabilində bu saata olan sıfırlanma ilə bağlı 65 %-lik nəticə bizi çox sevindirir", - R. Əliyev bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.