Ölkə

Keçmiş icra başçısı vəfat etdi

15 Dekabr 2021 13:00
1 Şərh     Baxış: 3 748
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda keçmiş icra başçısı vəfat edib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, Qobustan Rayon İcra Hakimiyyətinin sabiq rəhbəri Rafiq Alışov uzun sürən xəstəlikdən sonra dekabrın 8-də dünyasını dəyişib. Onun təzyiqdən əziyyət çəkdiyi və bir müddət öncə infarkt keçirdiyi bildirilir.

Qeyd edək ki, R.Alışov 2016-cı ildə isə Bakı ağır Cinayətlər Məhkəməsinin hökmü ilə həbs olunub. Hökmə əsasən, o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

R.Alışov Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) və 320-ci (Saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub. Səhhətindəki problemlərə görə 2017-ci ildə qəbul edilən amnistiya aktı çərçivəsində əfv olunaraq azadlığa buraxılıb.

Xatırladaq ki, Rafiq Şıxməmməd oğlu Alışov 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.