Avto

“McLaren” yeni superkarını təqdim etdi - FOTO

7 Noyabr 2018 21:02
0 Şərh     Baxış: 1 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"McLaren" şirkəti "Speedtail" hiperkarının bəzi texniki göstəriciləri barədə məlumat verib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, yeni model dünyanın ilk hiper-GT modeli sayılır.

Uzaq səfər üçün nəzərdə tutulmuş kupe planetdəki bir çox hiperkardan daha sürətlidir. Salon üçnəfərlikdir. Sürücü kreslosu ortaya təchiz edilib. Şirkətdən bildirilib ki, fiziki düymələrin əksəriyyəti ləğv edilib. Onların yerinə isə 5 sensorlu monitor quraşdırılıb. Onlardan üçü xidməti məlumatı əks etdirir. İki sensor isə yan tərəfdəki kameralardan görüntünü göstərir.

"Speedtail"in uzunluğu 5137 mm, çəkisi 1430 kq-dır. Mühərrik hibrid sistemlə yığılıb və aqreqat 1050 at gücü hasil edir. Yerindən 300 km/saat sürəti cəmi 12.8 saniyəyə yığır.

Maksimal sürət 403 km/saatdır. Cəmi 106 ədəd avtomobil istehsal edilib. Bir hiperkarın qiyməti 2.25 milyon dollar olacaq. İlk satış 2020-ci ilə planlaşdırılıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.