Bu modelin 300 minə yaxın maşını geri çağırılır - Servisə gedib, pulsuz düzəltdirin
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-nin ən böyük avtomobil istehsalçısı "Ford" 2022-2024-cü illərdə istehsal olunmuş 273 789 "SUV" modelini əyləc sistemindəki nasazlığa görə geri çağırıb.
Milli.Az dailymail-ə istinadla xəbər verir ki, geri çağırmaya 223 315 "Expedition" və 50 474 "Navigator" modeli daxildir. ABŞ-nin Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) sənədlərinə görə bu avtomobillərdə ön əyləc boruları mühərrikin hava təmizləyici çıxış borusuna toxuna bilər. Bu, montaj zamanı baş vermiş potensial quraşdırma xətası ilə əlaqələndirilir.
Nasazlıq əyləc mayesinin sızmasına və əyləc funksiyasının zəifləməsinə səbəb ola bilər. Sürücülər əyləcin zəif işlədiyini, pedalın daha dərinə basılmalı olduğunu və nəticədə qırmızı əyləc xəbərdarlıq işığının yanmasını hiss edə bilərlər.
Ford bu problemə görə hələlik qəza və ya xəsarət qeydə almadığını bildirib və hesab edir ki, geri çağırılan avtomobillərin yalnız 1 faizində nasazlıq ola bilər. Lakin aprelin 17-dən bəri 45 sürücü bu nasazlıqla bağlı şikayət edib.
Ford mayın 26-dan etibarən təsirlənmiş avtomobil sahiblərinə məktub göndərəcək. Məktubda problemin necə aradan qaldırılacağına dair təlimat da yer alacaq. "Ford" və "Lincoln" rəsmi servisləri avtomobilləri pulsuz yoxlayacaq və ehtiyac olarsa, əyləc borusu və ya hava çıxış borusunu dəyişəcək.
"Ford" mart və aprel aylarında Kentukki Zavodunda istehsal prosesi ilə bağlı araşdırma aparıb. Aşkarlanıb ki, 2024-cü il noyabrın 20-də mühərrik quraşdırılması zamanı radiator borusunun yerləşdirilmə qaydası dəyişdirilib. Bu dəyişiklik nasazlıqların qarşısını almağa yönəlib. Həmin tarixdən əvvəl istehsal olunan bəzi modellərdə radiator borusu əyləc borusuna ilişə və onu əyərək yanlış istiqamətə yönəldə bilərdi. Nəticədə əyləc borusu mühərrikdəki digər hissəyə - hava təmizləyici çıxış borusuna sürtünüb zədələnə bilərdi.
Ford 2022-ci il noyabrın 4-dən 2024-cü il aprelin 8-dək bu nasazlıqla bağlı 45 zəmanət hesabatı, 2022 və 2025-ci illərdə iki texniki hesabat, 2024-cü ildə isə iki müştəri şikayəti aldığını bildirib.
Qeyd edək ki, Ford bu ilin aprelində daha bir geri çağırma elan etmişdi. Həmin çağırış 2020-2022 "Escape" və 2021-2023 "Bronco Sport" modellərini əhatə edirdi. Səbəb isə yanacaq inyeksiyasındakı çatlar olub. Çatlamış inyektor benzin sızmasına, mühərrikin qızmış hissələrinə toxunduqda isə alışma təhlükəsinə səbəb ola bilərdi.
Bu avtomobillərin sahibləri təxminən aprelin 24-də məktubla xəbərdar edilib. Ford həm nasazlığı aradan qaldıracaq, həm də mühərrikin idarəetmə proqram təminatını yeniləyəcək. Bütün bu xidmətlər pulsuz göstəriləcək.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Təhlükəsizlik yastığı sürücünün həyatını belə xilas etdi – (Video)
-
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
-
Bu avtomobildən cəmi 499 ədəd istehsal olunacaq - (Foto)
-
BMW 720 mindən çox avtomobili geri çağırır
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Hansı sürət yanacağa qənaət edir? - Sürücülər üçün "qızıl rəqəm" açıqlandı
XƏBƏR LENTİ
-
“Real” braziliyalı ulduzunu 60 milyona satmağa hazırdır
-
İranın ağası və... dığası - Yunus Oğuz yazır
-
Təzyiq xəstələrinə şad xəbər - Dərmanlar pulsuz olacaq
-
İsmayıllıda qanunsuz heyvan kəsiminin qarşısı alındı
-
Nazilə Səfərli: “Mənə çox ayıb olsun ki, gec tanımışam” (Foto)
-
"İnterturan" mebel mağazası niyə bağlandı?
-
“Santa Barbara”nın aktyorunu maşın vurub öldürdü
-
Bakıya leysan yağacaq - Bu tarixdə
-
53 yaşlı Aişvariya Ray illərə meydan oxuyur – Gözəlliyi diqqət çəkdi - (Video)
-
Məleykə Abbaszadə BDU-da nələri dəyişəcək?
-
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini təqdim edib - (Foto)
-
Pakistanda dəhşətli qəza: Avtobus yanacaq çəni ilə toqquşdu, 10 nəfər öldü
-
Türkiyəli vizajist Trampın qızını makiyaj etdi - (Video)
-
Yeni Yasamalda "yarımçıq məktəb"in yerində nə tikiləcək?
-
Türkiyədə məscidi ildırım vurdu
-
AzTV-də ciddi dəyişikliklər olacaq
-
İrandan region ölkələrinə xəbərdarlıq: Əraziləriniz ABŞ-a açıq olmasın
-
Məleykə Abbaszadə rektor təyin olunmazdan 13 dəqiqə əvvəl nə paylaşmışdı?
-
Tarixi görüş başa çatdı - Putin, Tramp, Cinpin bir arada - (Yenilənib)
-
“O, bir rektorun qurbanı oldu” - Nərman Qocatürkün xanımı
-
Röyanın qardaşı oğlu ilə əyləncəli anları - (Video)
-
Yağış yağsa, yol çökə bilər?
-
Dörd nəfərin ölümünə səbəb olan sürücü 160 km/saat sürətlə hərəkət edib
-
Müəllimlərin işə qəbulu ilə bağlı qərar





