Avto

Hansı qəzalar avtomobildə qalıcı problemə səbəb olur? - VİDEO

11 Mart 2025 10:00
Baxış: 709
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müştəri illərlə topladığı pulunu verərək özünə buraxılış ili yeni olan avtomobil alır. Ancaq bir müddət sonra məlum olur ki, nəqliyyat vasitəsi qəzalıdır və hətta istismar edilməsi təhlükəlidir. Son vaxtlar xüsusilə xaricdən avtomobil sifariş edən şəxsləri ən çox çox narahat edən məsələ, onun qəzalı olub-olmamasıdır.

Milli.Az xəbər verir ki, usta Dəniz  Ağabəyli deyir ki, bəzən nəqliyyat vasitəsi qəza nəticəsində tam yararsız hala düşür və daha sonra müxtəlif üsullarla onu satmağa cəhd edilrər.

Onun sözlərinə görə, avtomobilin qəzalı olub-olmamasını bir neçə formada yoxlayıb aşkar etmək mümkündür.

O, bildirir ki, əgər nəqliyyat vasitəsi yüngül qəzaya uğrayıbsa və bu, yalnız müəyyən bir detalın dəyişməsi ilə nəticələnibsə, onu almaq o qədər də riskli deyil. Lakin ağır qəzalı avtomobil almaq həm əlavə xərclər yaratmağa səbəb olacaq, həm də sürüş zamanı təhlükəli ola bilər.

Usta onu da əlavə edib ki, avtomobilin qəzalı olmasını göstərən əlamətlərdən biri də detallar arasınakı məsamələrdir. Adətən, ön hissədən güclü zərbə olanda kapot və qanad qeyri-simmetrik şəkildə şüşə tərəfə sıxlaşır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.