Sumqayıtda "BYD" istehsal ediləcək - Ehtiyat hissələri də Azərbaycanda hazırlanacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda elektrikli avtomobil istehsal ediləcək.
İqtisadiyyat Nazirliyindən Milli.Az-a verilən məlumata görə Bakıda Çinin "BYD Company Limited" (BYD) şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalanıb.
Sənədə əsasən layihə çərçivəsində Azərbaycanda elektrik avtobusların istehsalı qurulacaq və ehtiyat hissələri lokallaşdırılacaq. Planın 2030-cu ilə qədər mərhələli şəkildə icrası nəzərdə tutulur.
Şirkətlə bağlanmış müqavilə əsasında COP29 konfransı çərçivəsində pilot olaraq ölkəmizə 160 ədəd elektrik mühərrikli BYD markalı avtobus gətirilib və marşrut xəttinə çıxarılıb.
Çinin BYD şirkəti tərəfindən Sumqayıt Kimya Sənaye Parkında qurulacaq zavodda elektrik mühərrikli avtobusların istehsalı layihəsinə yaradılacaq birgə müəssisə tərəfindən təqribən 17.1 mln. ABŞ dolları həcmində investisiyanın qoyulması nəzərdə tutulub. Şirkət tərəfindən daxili tələbat və ixrac imkanları nəzərə alınmaqla illik istehsal gücünün 500 ədəd olması, 600 yeni iş yerinin yaradılması planlaşdırılır.
Qeyd edək ki, 1995-ci ildə yaradılmış BYD şirkəti 2023-cü ildə 3 milyon yeni enerji avtomobilinin rekord satışını həyata keçirməklə dünya birincisi olub və şirkət avtomobil istehsalı, elektronika, elektrik batareyaları, bərpa olunan enerji və dəmir yolu nəqliyyatı sahələrində son yenilikləri tətbiq edən dünyamiqyaslı aparıcı texnologiya şirkətlərindən hesab olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Təhlükəsizlik yastığı sürücünün həyatını belə xilas etdi – (Video)
-
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
-
Bu avtomobildən cəmi 499 ədəd istehsal olunacaq - (Foto)
-
BMW 720 mindən çox avtomobili geri çağırır
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Hansı sürət yanacağa qənaət edir? - Sürücülər üçün "qızıl rəqəm" açıqlandı
XƏBƏR LENTİ
-
Media və Yayım Şurası din xadimləri ilə bağlı məlumatları təkzib etdi
-
“Kəpəz” – “Qarabağ” matçına 1 gün ərzində rekord sayda bilet satıldı
-
Aşıq Zülfiyyə: “Boşanmalarda 99% qız tərəfi günahkardır”
-
“Bavariya”da ciddi itki
-
Zaur Baxşəliyev: “Dekabra az qalıb, ATV-də veriliş var ki?”
-
Ev almaq istəyənlər tələssin: Mənzil qiymətləri arta bilər
-
Evə buraxılan qadın xəstəxananın həyətində öldü
-
"Mançester Siti" Holandla yollarını ayırır?
-
Çıxarışı olmayan evlərə qaz verilməyəcək?
-
Neftçalada quldurluq edən iki nəfər saxlanıldı
-
Bu ölkə də Rusiya ilə sərhədi bağlaya bilər
-
Almaniya XİN rəhbəri Azərbaycana səfərə gəlir
-
Qızıl və gümüş bahalaşdı
-
YPX Alayının əməkdaşları səhhəti pisləşən əcnəbi sürücünün köməyinə çatdı
-
Qəbələdə avtoxuliqanlıq edən sürücü həbs edildi
-
Azərbaycanda aylıq 419 manatdan başlayan qiymətlərlə mənzillər satışa çıxarılır
-
Rus bölməsində təhsil pullu olacaq?
-
Ayın 18-də bu ərazilərə qar yağacaq - Proqnoz verildi
-
Həcc ziyarətinin qiyməti artacaq
-
Azərbaycanda ev qiymətinə samovar satışa çıxarıldı
-
Türkiyə MN Azərbaycanı təbrik etdi
-
“Məcburən işdən çıxarıldım” – 16 ildir işsiz qalan Sonaxanım hönkür-hönkür ağladı (Video)
-
İrandan Azərbaycana külli miqdarda narkotik gətirilməsinin qarşısı alındı
-
Epşteynin boynundakı izlər nəyi göstərir? - Ekspertdən sensasion açıqlama





