Avto

Benzinə su qarışanda nə baş verir?

11 Aprel 2024 22:24
Baxış: 1 603
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün axşam saatlarında "İST Petrol"un Əhmədlidəki məntəqəsində benzin çəninə su sızıb. Nəticədə bir neçə avtomobilə su ilə qarışmış benzin doldurulub. Avtomobillərə ciddi zərər dəyib, su çəndən qısa zamanda çıxarılıb. Məsələ ilə bağlı rəsmi açıqlama verilib, şirkət tərəfindən avtomobillərə dəyən ziyanın qarşılanacağı qeyd olunub.

"İST Petrol"da benzinə su qarışması ilə bağlı RƏSMİ AÇIQLAMA

Bəs avtomobilə tökülən benzinə su sızanda nə baş verir?

Benzinin tərkibinə qarışan su qısa zaman ərzində avtomobilin yanacaq sisteminə, nasosa, eləcə də slindirlərə ciddi zərər vurur. Lakin, bəzi avtomobil firmaları bunu nəzərə alaraq əlavə filtrlər quraşdırılıb. Nəticədə su çənə daxil olduqda maşının beyninə ( ECU ) bu barədə bildiriş gedir. Hətta, bəzi avtomobillərdə benzindən ayrılan suyu xaric etmək üçün əlavə qurğular belə var.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.