Avto

"Tesla" bir milyondan çox avtomobili geri çağırır

15 May 2023 13:09
Baxış: 2 087
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın avtomobil şirkəti "Tesla" Çindən bir milyondan çox avtomobilini geri çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, onun Çindəki demək olar ki, bütün modellərini geri çağırmasına Çin Dövlət Bazarı Tənzimləmə Administrasiyasının şikayəti səbəb olub.

Administrasiyaya görə, 2019-cu ilin yanvarından 2023-cü ilin aprelinə qədər ölkədə satılan təxminən 1,1 milyon elektrik avtomobilinin əyləc sistemində problem var.

Rəhbərlik bildirib ki, istifadəçilər ayaqlarını pedaldan götürdükdən sonra mövcud əyləc sistemi düzgün işləmir, avtomobil isə qəfil sürət zamanı istifadəçilərə xəbərdarlıq etmir.

"Tesla" baş verənlərdən sonra geri çağırdığı 1,1 milyon avtomobilə yeni proqram təminatı quraşdırmaq qərarına gəlib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.