Avto

Bu motosiklet insanları xilas edəcək

24 Mart 2023 18:12
Baxış: 1 389
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əbu-Dabidə insanların həyatını xilas etmək üçün uçan motosiklet buraxılıb.

Milli.Az publika.az-a istinadla xəbər verir ki, BƏƏ-nin paytaxtında yeni hoverbike - futuristik uçan motosiklet buraxılıb. O, təhlükəli ərazidə axtarış-xilasetmə əməliyyatlarında insanların həyatını xilas etmək üçün istifadə olunacaq.

Motosiklet Yaponiya istehsalıdır. Yerdən 20 metr hündürlüyə qalxa və 80 km/saat sürətə çata bilir.

Hoverbike aviasiya və kosmik sənayedə istifadə olunan yüksək güclü karbon lifindən hazırlanıb. Onun çəkisi 300 kq-dır və yanacaq doldurulmadan əvvəl maksimum 40 dəqiqəyə qədər sürətlə uça bilir.

Sözügedən qeyri-adi nəqliyyatdan neft və qaz sənayesində, ucqar ərazilərə təcili yardımın çatdırılması və hətta tikinti sektorunda da istifadə oluna bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.