Ekoloji təmiz olsa da, təhlükə saçan “Prius”: Əyləc sistemləri niyə sıradan çıxır? - Açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hər bir nəqliyyat vasitəsinin özünəməxsus üstünlükləri olduğu kimi neqativ cəhətləri də var. Maşın alarkən diqqət etməli olduğumuz cəhətləri çoxlarımız bilirik. Lakin hər kəsə məlum olan məsələlərdən biri ölkə bazarına sürətlə girən "Toyota Prius" markalı avtomobillərin əyləc sisteminin zəif olmasıdır.
Bunu ekspertlər, sürücülər, eləcə də sərnişinlər də qəbul edirlər. Bir neçə gün bundan öncə taksi sifariş verən sərnişin paylaşım edib ki, maşın "Toyota Prius" olub. Sürücü bir anda avtomobilin əyləc sisteminin sıradan çıxdığını deyərək, sürücüyə təmkinli olmağı deyib. Sərnişin iddia edib ki, sürücü nəqliyyat vasitəsini saxlaya bilməyib və yalnız təxminən 200-300 metr getdikdən sonra avtomobil dayanıb. Kifayət qədər təhlükəli an yaşanıb.
Bu və digər formada "Toyota Prius" markalı avtomobillərin problemləri bitmir. Daha da dəhşətlisi sahibkarların bu avtomobillərdən bir neçə ədəd alıb, müqavilə ilə taksi fəaliyyətinə cəlb etməsidir. Bəs təhlükəsizlik? Ümumiyyətlə, bu əyləc problemi şirkət tərəfindən ciddi problem hesab edilirmi?
Nəqliyyat eksperti Eldəniz Cəfərov oxu.az-a mövzu ilə əlaqədar açıqlamasında bildirib ki, bu maşınların çoxu Amerikadan gətirilir:
"Əslində bu avtomobillər Amerikada istifadəyə yararsız hesab edilərək, utilizasiya sisteminə cəlb edilib. Təəssüf ki bizim vətəndaşlar onları Amerikadan alıb gətirib ölkə daxilində sürürlər. Təbii ki, bu hamısına şamil olunmur, lakin böyük əksəriyyəti bu vəziyyətdədir. Bu hallarda, əlbəttə ki, qəza şəraiti də qaçılmazdır.
Əyləc sisteminin sıradan çıxması isə bir çox səbəbdən ola bilər. Vaxtı-vaxtında əyləc mayesi dəyişdirilməlidir. Sürücülərə bunu deyəndə cavab verirlər ki, "qalıb da, niyə dəyişək?" Həmin maye müəyyən müddətdən sonra keyfiyyətini itirir, nəticədə qeyd etdiyiniz və daha müxtəlif təhlükəli hallar, qəzalar baş verə bilər. Avtomobildə nasazlıq yaranırsa, bu səbəbdən qəza olursa, onun məsuliyyətini avtomobili istismar edən şəxs daşıyır".
"Toyota Prius" markalı avtomobilin dünya ölkələri üzrə imicinin yüksək olduğunu deyən ekspert onu da əlavə edib ki, bu maşınlar ekoloji cəhətdən çox təmizdirlər:
"Bu maşınlar həm də ekonom hesab olunurlar. Əgər hər hansı markanın avtomobilləri arasında qəzaya düşmüş, istismar müddəti bitib, xarab olub, onu "metallom"a atıblarsa, bu, ümumən o nəqliyyat vasitələrinə şamil edilə bilməz. Əgər bu cür istifadəyə yararsız avtomobili biz, ya da gürcülər gedib alıb gətirib taksi kimi sürürüksə, bununla bağlı aidiyyəti qurumlar maraqlanmalıdır. Ölkədə taksi fəaliyyəti göstərən avtomobillərin texniki vəziyyəti ilə bağlı heç kim maraqlanmır. Bakıda taksilərin fəaliyyətini tənzimləyən qurumlar üçün bu, ümumiyyətlə, maraqlı deyil".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dubayda milyonerin qarajı heyrətləndirdi: Hər ay lüks maşın alır - (Video)
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
“Jaguar Land Rover” 4 minə qədər işçini ixtisar edəcək
-
Pulunuzu göyə sovuracaq 5 işlənmiş maşın
XƏBƏR LENTİ
-
Sinqapur kitab oxuyanlara pul verəcək
-
Süni intellektlə hazırlanan dərman qocalmanı ləngitdi
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb





