İlk Lamborghini elektrokarı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu il Lamborghini markası daxili yanma mühərriki ilə təchiz edilmiş son modelini buraxacaqdır. Bundan sonra, italyan istehsalçısı elektriklşdirilmiş güc qurğuları il təchiz edilmiş avtomobillər xəttinin inkişafı ilə məşğul olacaqdır. Sırf elektrik güc qurğusu ilə hərəkətə gələcək superkarın debütü isə 2028-ci ilə planlaşdırılır. Buna baxmayaraq, Britaniyanın "Autocar" nəşri üzərində çalışmaların başlanmadığı elektrokar barədə bəzi məlumatları əldə edib.
Milli.Az autograph.az-a istinadən bildirir ki, Lamborghini elektrokarı hündür klirensi və oturma mövqeyi ilə seçilən avtomobil olacaqdır. Elektrokarın salonu dörd nəfərə hesablanıb və böyük ehtimalla, söhbət 2+2 oturacaq formuluna malik olan krossoverdən gedir. Jurnalistlərlə söhbət zamanı, italyan markasının rəhbəri Stefan Vinkelman modeli "bu günə qədər Lamborghini tərəfindən yaradılmış modellərdən radikal şəkildə fərqlənən" avtomobil kimi səciyyələndirib.
Vinkelman italyan markasının artıq on illərdir ki, "2+2 oturacaq formulu olan avtomobillər seqmentində çıxış etmədiyini" qeyd edib. Bu həqiqətən də belədir - Lamborghini markasının 2+2 oturacaq formulu olan son avtomobili 1979-cu ildə debüt etmiş dördyerli Urraco modeli idi.
Şirkət hələlik gələcək elektromobilin yaradılmasının ilk mərhələsinə belə başlamayıb - çalışmalara cari ilin sonunda start veriləcəkdir. Eyni zamanda, italyan markası avtomobilin son konsepsiyasını, onun mövqeləndirilməsi və dizayner konsepsiyasını müəyyənləşdirməlidir. "Söhbət təkcə qabaritlər, qiymət siyasəti və kuzov növündən deyil, həm də digər aspektlərdən gedir", - Lamborghini şirktinin rəhbəri bildirib.
Lamborghini markasının ilk elektromobilinin ardınca yalnız elektrik mühərrikləri ilə hərəkətə gələcək ikinci nəsil Urus krossoveri işıq üzü görəcəkdir. Yeni Lamborghini Urus krossoveri üçün daxili yanma mühərrikləri ümumiyyətl nəzərdə tutulmayıb. Xatırladaq ki, Urus krossoveri 650 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən 4,0-litrlik səkkizsilindrli biturbo mühərrik ilə təchiz edilir. Krossover 100 km/saat həddini 3,6 saniyəyə toplayır və maksimal 305 km/saat həddinə qədər sürətlənir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Dubayda milyonerin qarajı heyrətləndirdi: Hər ay lüks maşın alır - (Video)
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
“Jaguar Land Rover” 4 minə qədər işçini ixtisar edəcək
-
Pulunuzu göyə sovuracaq 5 işlənmiş maşın
XƏBƏR LENTİ
-
12 il əvvəl "qətlə yetirilən" qadın sağ tapıldı
-
Hansı bakalavr ixtisasları 3 illik ola bilər? - (Video)
-
Beş bürc uğur və sərvət qazanacaq
-
Sinqapur kitab oxuyanlara pul verəcək
-
Süni intellektlə hazırlanan dərman qocalmanı ləngitdi
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)





