Avto

Sürücüsüz avtobusların sınaqlarına başlanıb - VİDEO

7 Dekabr 2021 00:45
0 Şərh     Baxış: 1 701
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çin istehsalı olan üç ədəd sürücüsüz avtobus kommersiya sınaqları üçün fəaliyyətə başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ölkənin texnologiya nəhəngi "Baidu" tərəfindən istehsal olunan və 4-cü səviyyəli avtonom sistemlə təchiz edilən avtobusların sınaqları ölkənin cənub-qərbində yerləşən Çonqinq şəhərində keçirilir.

Bildirilir ki, saatda təxminən 40 kilometr sürətlə hərəkət edə bilən "Robobus" avtobuslarının uzunluğu 5,9 metrdir. Özüdayanan avtobuslar mürəkkəb şəhər yolları şəraitində işləmək qabiliyyətinə malikdir.

Avtobuslardan istifadə etmək istəyənlər smart kartlardan və ya "Baidu" tərəfindən hazırlanmış kart oxuyucularından ödənişlərini edərək avtobuslara minə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.