İrəvana qarşı bu siyasət davam etdirilməlidir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bildiyimiz kimi, 1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsinin aktiv fazasında və 1994-cü ildə atəşkəs imzalandıqdan sonra Ermənistan Qarabağın ətrafındakı 7 işğal edilmiş rayona on minlərlə mina döşəyib. Müharibə zamanı minalar hərbi məqsədlərə xidmət edir. 26 illik atəşkəs zamanı Ermənistanın buralara mina döşəməkdə məqsədi işğalın həmişəlik davam etdirilməsi idi.
Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Avrasiya İncələmələr Mərkəzinin (AVİM) Qara dəniz və Qafqaz bölgəsi üzrə mütəxəssisi Turqut Kərəm Tuncel deyib. Onun sözlərinə görə, minaların təmizlənməsi hazırda Azərbaycan üçün ən aktual məsələlərdən biridir:
"Ötən il yaşadığımız İkinci Qarabağ müharibəsindən sonra təəssüf ki, bu gün də həmin ərazilərdəki minalar mülki insanların canını almağa davam edir. Belə hadisələrə örnək olaraq bu yay Kəlbəcərdə iki jurnalistin və dövlət rəsmisinin minaya düşməsini göstərə bilərik. Hazırda Azərbaycan üçün 44 günlük müharibədən sonra işğaldan azad edilən ərazilərdə minaların təmizlənməsi ən aktual məsələlərdən biridir. Bunun üçün Azərbaycan davamlı olaraq Ermənistandan minalanmış ərazilərin xəritələrini tələb edir. Çünki bu xəritələr olmadan ərazilərin təmizlənməsi çətindir".
Ekspert Ermənistanın minalanmış ərazilərin xəritələrinin olmadığı haqqında yalanlarından da danışıb:
"Azərbaycanın bu tələblərinə qarşı Ermənistan əvvəl əlində sözügedən xəritələrin olmadığını dedi. Erməni rəsmiləri Azərbaycanın mina xəritələri məsələsini ortaya ataraq əslində siyasi təbliğatla məşğul olduğu yalanını danışmaqdan da çəkinmədi. Eyni zamanda Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsindəki vəkili Cefri Robertson rəsmi İrəvanın əlindəki mina xəritələrini Azərbaycana verməyini tələb edən hansısa bir beynəlxalq hüquq qaydasının olmadığını demişdi. Əslində vəkilin bu sözləri Ermənistanda mina xəritələrinin olduğunun etirafı idi".
Kərəm Tuncel Ermənistanın mina xəritələri ilə bağlı mövcud vəziyyətdən Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməyə çalışdığını vurğulayıb:
"Bu ilin iyun ayında Azərbaycan 15 erməni terrorçusunun qarşılığında Ağdamda basdırılan 97 min tank və insan əleyhinə minanın yerini göstərən xəritəni Ermənistandan aldı. Ancaq sonradan bu və digər mina xəritələrinin yalnız 25 faiz düz olduğu ortaya çıxdı. Bununla bağlı Ermənistan fərqli bəhanələr irəli sürür. Tektonik hərəkətlər nəticəsində təxminən 30 il öncə döşənən minaların yerlərinin dəyişdiyi, Birinci Qarabağ müharibəsi zamanı bunların tam qeydiyyatının aparılmadığı və xəritələrin hazırlanmadığı, minaların bir qisminin müharibə zamanı Azərbaycan Ordusu tərəfindən basdırıldığı bu bəhanələrdən bəziləridir. Ermənistana güvənmək çətin məsələdir. Ermənistanın hazırda bölgədə sabitliyin bərqərar edilməsinin önəmli mərhələlərindən olan delimitasiya və demarkasiya prosesinə, Zəngəzur dəhlizinin açılmasına və minalanmış ərazilərin təmizlənməsi prosesinə, ümumiyyətlə, sülhə hazırlıq mərhələsinə mane olduğunu görürük. Belə olduğu halda, Azərbaycanın beynəlxalq qurumlar vasitəsilə Ermənistana təzyiq etməyə davam etməkdən başqa yolu qalmır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
XƏBƏR LENTİ
-
Tierri Anri: "Arda Gülər... Bu adı unutmayın"
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
-
“Roşka”nın 5 il həbsi tələb edildi
-
“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı
-
Cəzasızlıq yeni cinayətlərin törədilməsinə gətirib çıxarır - Kamran Əliyev
-
Toyda gəlini bəd nəzərdən qorumaq üçün başdan-ayağa qızıla bürüdülər - (Video)
-
Elgiz Əkbərin efirində göndərilən hədiyyələr gündəm oldu - (Video)
-
Bakıda 3 küçədə hərəkət məhdudlaşdırılacaq
-
Hörmüz boğazında ticarət gəmisinə zərbə - Gəmidə yanğın başladı
-
Bakıda bu yolun işıqforunda dəyişiklik edildi
-
İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir
-
Ayın 30-da leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Payızda bu meyvə bahalaşacaq - 300 məhsul verən ağac indi 50 məhsul verir
-
Tanınmış iqtisadçı-ekspert 54 yaşında vəfat etdi - (Foto)
-
Bakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla müsahibə
-
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr - (Foto)
-
"Xankəndi"nə yeni baş məşqçi təyin olundu - (Foto)
-
Qəhvənin təsiri niyə insandan insana dəyişir?
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)
-
FIFA prezidenti Bakıya gəlib
-
Cabir İmanovun vəfatından bir il ötür... - (Foto)
-
Hansı rayonların icra başçısı yoxdur?
-
Bakıda sərnişinin üzərindən 4 milyon manatlıq brilyant çıxdı





