Ermənistanda hamı bundan qorxur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ermənistanda parlament seçkilərinə iki həftə qalmış hiss etdim ki, orada bütün siyasətçilər bir-birinə bənzəyir. Ölkənin inkişafı və perspektivlərinə dair bir işarə belə yoxdur. Yalnız total fikir böhranı və şüurun çöküşü var. Hər kəs ölkənin ölümü, ümidlər və ambisiyalar barədə bağırır, lakin heç kim gələcək üçün uyğun bir proqram təklif etməyə hazır deyil".
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu məşhur rusiyalı tarixçi, ekspert Oleq Kuznetsov deyib.
"Səbəbləri aydındır və bu haqda əvvəllər az deməmişəm. "Üçüncü" Ermənistan Respublikası "miatsum" ideyasının reallaşması nəticəsində yaradıldı. Amma bu ideya ötən payızda Azərbaycan Ordusu tərəfindən darmadağın edildi, dərhal da ölkənin varlığının mənası itdi. İndi Ermənistanda çılğınlıqla "rus sualı"na cavab axtarılır: Kimdir müqəssir? Amma heç kim az məna kəsb etməyən ikinci rus sualı barədə fikirləşmək istəmir: Nə etməli? Ermənilər bir müddət qismən ruslaşdılar, amma bu onları heç bir şəkildə xilas etmir.
Ermənistan bu gün gələcəyə baxmağa hazır deyil. Bu da təəccüblü deyil, çünki ölkənin mövcud olduğu bütün illər ərzində intensiv şəkildə keçmişini qururdular. Buna görə də özləri üçün uydurduqları çoxəsrlik dövlətçilik tarixi boyunca ermənilər heç vaxt qabaqcadan düşünmək vərdişi yaratmayıblar. İndi isə onların zamanı ən azı bir il geri çəkmək istəklərini görürük. Bunu etmək mümkünsüzdür, amma İrəvanda çoxları bunu istəyir. Gələcəyə dair real baxış olmadığı zaman, bu mövzuda fikir müxtəlifliyi ola bilməz. "Üzlər silinir, rənglər solğun olur, istər insan olsun, istər kukla..." - Andrey Makareviç oxuyurdu. Bu, "Marionet" mahnısından olan sitat Ermənistandakı seçkiöncəsi əhval-ruhiyyəni əks etdirir, bütün siyasi və oliqarx elitaları hələ də keçmiş minilliyin böyüklüyünün xəyali fikirlərinin oyuncağı olaraq qalırlar.
İndi Ermənistanda hər kəs özünün və ölkənin gələcəyi haqda danşmaqdan qorxur", - Kuznetsov bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
XƏBƏR LENTİ
-
Türkiyədə siqaretə ömürlük qadağa – Qaydalar belə olacaq
-
FIA prezidenti: “Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir”
-
Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri oldu - (Foto)
-
"Heç bir estetik və botoksum yoxdur" - (Video)
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
27 Sentyabr: Sükutun Bitişi, Zəfərin Vədi
-
Övladınız 11-17 yaşındadır? - Dələduzlar məhz onları hədəf seçirlər
-
Hindistanlı iş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi - (Foto)
-
Avropa ölkəsində xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı saxlayın
-
Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər - (Foto)
-
Sabah 31 dərəcə isti olacaq
-
Əraqçi: Hörmüz boğazının açılması bu şərtlərin yerinə yetirilməsindən asılıdır
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Azərbaycanda pensiya yaşı ilə bağlı yeni qayda
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldı - Yenilənib - (Foto-Video)
-
"Qalatasaray"ın keçmiş futbolçusu 33 yaşında karyerasını bitirdi
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
Azərbaycanda zəlzələ oldu
-
Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
-
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq
-
Arda Gülər su istədi, görün, azarkeşlər nə etdilər - (Video)
-
27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkına ziyarət başlayıb (Foto)





