Ermənistan

Paşinyan məhkəməyə verildi

27 May 2021 17:48
Baxış: 1 013
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vəkillər Vahe Hovsepyan və Vardan Arakelyan inzibati məhkəməyə müraciət edərək Nikol Paşinyana qarşı iddia qaldırıblar.

Milli.Az yenisabah.az-a istinadla xəbər verir ki, onlar Ermənistan baş nazirinin dövlət sərhədləri və ərazi bütövlüyü ilə bağlı bir sənəd imzalamasına icazə verilməməsini tələb edirlər.

"Söhbət Nikol Paşinyanın imzalamaq niyyətində olduğu və son günlərdə internetdə yayılan  demarkasiya və delimitasiyaya dair sənəddən gedir", - deyə Vahe Hovsepyan bildirib.

Vəkilin sözlərinə görə, Paşinyan belə əhəmiyyətli sənədləri imzalamaq səlahiyyətinə malik deyil.

"Bundan ötrü referendum keçirilməlidir", - deyə, onlar vurğulayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.