Ermənistan

5 min ölü, 3500 itkin - məhv edilən erməni hərbi qulluqçularla bağlı şok rəqəm

16 May 2021 19:24
Baxış: 2 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu gün Qarabağ müharibəsi nəticəsində 5000-dən artıq qurban və 3500-dən artıq itkin düşən haqqında danışılır".

Milli.Az ordu.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərlə görüşündə Ermənistan parlamentinin "Çiçəklənən Ermənistan" fraksiyasının deputatı Naira Zöhrabyan deyib.

"Lakin başa düşmək lazımdır ki, mümkündür ki, 3500 itkin düşəndən, bu rəqəmin maksimum 10, 20 və ya 30 faizi əsir düşüb. Qalanı, təəssüf ki, böyük ehtimalla ölüb", - deyə o bildirib.
 
Erməni deputat çaşqınlıqla bildirib ki, yaralı erməni əsgərlərin yaxınları onlar üçün özləri ağrıkəsicilər almağa məcburdurlar.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.