Ermənistan

İrəvan metrosunda rus dilində olan lövhələr sökülür

12 Aprel 2021 18:49
Baxış: 1 626
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanda İrəvan metrosunda rus dilində lövhələr götürülür, yalnız erməni və ingilis dillərində olanlar saxlanılır.

Milli.Az oxu-az-a istinadən xəbər verir ki, paytaxt metrosunda "Marşal Baqramyan", "Respublika Meydanı", "Zoravar Andranik" və "Şenqavit" stansiyalarında rus dilində işarələr artıq yığışdırılıb.

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin indiyə qədər İrəvan metrosundakı rusdilli lövhələrin yığışdırılması ilə bağlı şərh verməkdən imtina edib. Onun sözlərinə görə, bu problemi ətraflı öyrənmək üçün vaxt lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.