Ermənistan

Ermənistan Baş Qərargah rəisi Paşinyanın əmrini yerinə yetirməkdən İMTİNA ETDİ

15 Dekabr 2020 11:36
Baxış: 5 998
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu yaxınlarda Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanla əlaqə saxlayaraq qoşunları onun təlimatı ilə İrəvana gətirməyə hazır vəziyyətdə saxlamağın lazım olduğunu söyləyib.

Milli.Az bildirir ki, bu barədə "Hraparak" qəzeti Müdafiə Nazirliyindəki mənbələrinə istinad edərək yazır.

"Baş Qərargah rəisi bu cür hərəkətlərin məqsədi ilə maraqlandı, Paşinyan bunun xüsusi obyektlərin qorunması üçün olduğunu cavablandırdı. Qasparyan da öz növbəsində dedi: "Mən Baş Qərargah rəisi olduğum müddətdə ordu daxili siyasi proseslərə qarışmayacaq və şəhərə gətirilməyəcək", - qəzet yazır.

Söhbət orada bitib. Bundan sonra Baş Qərargah rəisi müdafiə naziri Vaqarşak Harutyunyanla əlaqə saxlayıb və məlum söhbət barədə məlumat verib. Sonra isə baş nazir ona eyni sual ilə müraciət edərsə, müdafiə nazirinin verəcəyi cavabla maraqlanıb. 

Müdafiə naziri Baş Qərargah rəisinə Baş nazir Paşinyanla danışacağına söz verib. Ancaq bir müddət sonra Vaqarşak Arutyunyan Onik Qasparyana zəng edərək Baş Qərargah rəisinin qanuni baxımdan haqlı olduğunu söyləyib, ancaq əmr gələcəyi təqdirdə itaət edib İrəvana qoşun yeritməli olduğunu qeydini edib.

Qəzet Onik Qasparyanın Baş Qərargah rəisi olduğu müddətdə birliklərin şəhərə gətirilməyəcəyini bir daha ifadə etdiyini yazır.

Nəşr əlavə edir ki, general Qasparyan ordunu daxili siyasi proseslərin iştirakçısına və Ermənistan hakimiyyətinin alətinə çevirmək fikrində olmadığını bildirib.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.