Ermənistan

Ermənistan məktəblərində şahmat dərsi keçiləcək

21 Aprel 2011 02:24
Baxış: 262
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, müvafiq dərsliklər və vəsaitlərin nəşri, şahmat inventarı əldə etmək və ixtisaslı mütəxəssislər hazırlamaq üçün hökumət Ermənistan Şahmat Akademiyasına 177 milyon dram (təxminən 470 min dollar) ayırıb.

Daha 386 milyon dram Təhsil Nazirliyinə, şahmat stolları və stulları almaq üçün ayırılıb.

Ermənistanın elm və təhsil naziri Armen Aşotyan ibtidai siniflərdə şahmat fənninin tətbiq edilməsini təhsil sistemində "keyfiyyətli dəyişikliklər tədbirlərinin təməl daşı" adlandırıb.

Təhsil nazirinin müavini Arman Ayvazyanın fikrincə, "məktəblərdə şahmat oynamağın oyrədilməsi Ermənistanın şahmat superdövlətinə çevrilməsinin möhkəm əsasını qoyar", üşaqların "zehni qabiliyyətinin inkişafına" xidmət edər, "çevik və müdrikcəsinə" düşünməyə öyrədər.

Xaırladaq ki, 1993-2010-cu illərdə Kalmıkiyanın şahmatçı-prezidenti, Dünya Şahmat Federasiyasının başçısı Kirsan İlyumjinov da şahmatın respublikada yayılmasına böyük həvəs göstərmişdı.

Ermənistan prezidenti Serj Sarkisyan da həris şahmatçı və Ermənistan Şahmat Federasiyasının prezidentidir.

Ölkə başçısının idman meylləri Ermənistan kimi bir ölkənin büdcəsi üçün kifayət qədər böyük miqdarda (təxminən 1,5 milyon dollar) vəsait ayırılmasına təsir edibmi? Bir halda ki, onsuz da Ermənistan şahmat məktəbi dünyada güclülər sırasında öz yerini tutur.

Ermənistanın kişilərdən ibarət komandası 2006-cı ildə Turin və 2008-ci ildə Drezden şahmat olimpiadalarının çempionudur. Komandanın üzvü Levon Aronyan isə ümumdünya reytinq üzrə üçüncüdür.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.