Ermənistan

Paşinyan “Hraparak” qəzetini məhkəməyə verir

6 İyul 2025 19:28
Baxış: 474
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın Baş naziri Nikol Paşinyan "Hraparak" qəzetini məhkəməyə verməyə hazırlaşır. Bu barədə o, şəxsi "Facebook" hesabında açıqlama yayıb.

Milli.Az-ın məlumatına görə Paşinyan bildirib ki, qəzet onun ailə həyatı və şəxsi nüfuzuna dair əsassız məlumatlar yayıb. Baş nazir bu iddiaların yalan olduğunu və media orqanının məsuliyyət daşımalı olduğunu qeyd edib. O, həmçinin Ermənistan Apostol Kilsəsinin rəhbəri II Qarekinin subaylıq andını pozaraq övlad sahibi olduğunu bir daha bəyan edərək, "Qoy II Qarekin də məni məhkəməyə versin" deyə əlavə edib.

"Hraparak" qəzetinin baş redaktoru Armine Ohanian isə sosial mediada cavab verərək yazıb: "Bir cümlə də əlavə et və məni məhkəməyə ver."

Qeyd edək ki, Paşinyan son zamanlar həm media, həm də kilsə ilə gərgin münasibətlər fonunda açıqlamaları ilə gündəmdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.