Ermənistanda üçüncü zəlzələ baş verib.
Milli.Az yerli mediaya istinadən xəbər verir ki, bu gün Ermənistanın Qeqarkunik rayonunun Qavar şəhəri yaxınlığında yeni bir zəlzələ baş verib.
Zəlzələ 2 bal gücündə olub və yeraltı təkanlar saat 09:40-da qeydə alınıb.
Qeyd edək ki, bu, son günlərdə Ermənistanın müxtəlif bölgələrində qeydə alınan üçüncü zəlzələ hadisəsidir.
Ermənistanın seysmik aktivliyinin yüksək olduğu bölgələrdə, xüsusilə Qeqarkunik və çevrə rayonlarında belə hadisələrin daha çox baş verməsi mümkündür.
Kənan
Milli.Az