Ermənistan

"Konstitusiyanı bu tarixdə dəyişəcəyik"

22 Mart 2025 09:20
Baxış: 734
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Konstitusiya məsələsinə gəlincə, sülh sazişi mətnində bir bənd var ki, tərəflər müqavilə üzrə öhdəliklərini yerinə yetirməməkdə öz daxili qanunvericiliklərinə istinad edə bilməzlər. Ermənistan Konstitusiya Məhkəməsinin qərarında deyilir ki, Konstitusiyamızda heç bir qonşuya qarşı ərazi iddiası yoxdur.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.

O bildirib ki, 2018-ci il və 2020-ci ildən daxili siyasi gündəliyimizdə yeni Konstitusiyanın qəbulu məsələsi var:

"Biz xalqımıza yeni Konstitusiya təklif edəcəyik və 2027-ci ildə yeni Konstitusiyanın qəbulu ilə bağlı referendum keçirməyi planlaşdırırıq. 2026-cı ildəki növbəti parlament seçkiləri ilə paralel olaraq referendumun keçirilə biləcəyi ilə bağlı fikirlər var. Bu, regional və beynəlxalq əhəmiyyət kəsb etsə də, sırf bizim daxili gündəliyimizə aid məsələdir. Azərbaycan gündəliyə yeni məsələlər əlavə edə bilər, lakin bu o demək deyil ki, onların hamısı bizim üçün müzakirə obyektidir", - o vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.