Rusiya

Putin kilsəyə gedib, görün kimin üçün dua edib

22 Mart 2025 15:47
Baxış: 861
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Donald Tramp sui-qəsd cəhdi zamanı yaralananda Rusiya Prezidenti Vladimir Putin onun üçün dua edib".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff jurnalist Taker Karlsona müsahibəsində deyib.

"Putin mənə dedi ki, Tramp yaralananda o, yerli kilsəyə gedərək, özünün keşişi ilə görüşüb və prezident üçün dua edib. Onun prezident olması üçün yox, onunla dostluğu olduğuna görə dua edib. Yəni dostuna görə dua edib" , - deyə o bildirib.

Xatırladaq ki, S.Uitkoff martın 13-də Moskvada V.Putinlə görüşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.