Ermənistan

Paşinyan sülh sazişinə Bakıda imza atacaq?

21 Mart 2025 15:58
Baxış: 1 615
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məndə olan məlumata görə, Paşinyanın Bakıya getməsi və sülh müqaviləsini Azərbaycanın paytaxtında imzalanması tələbi qoyulub.

Milli.Az  xəbər verir ki, bu iddia ilə erməni politoloq Argişti Kiviryan çıxış edib.

Onun sözlərinə görə, Paşinyanın Bakıya getməsi Ermənistanın son kapitulyasiyaya imza atması planının bir hissəsidir.

"Paşinyan sülh sazişinin mayın 9-da Moskvada Rusiyanın vasitəçiliyi ilə imzalanmasına çalışıb. Bu, Rusiya üçün böyük hədiyyə olardı. Putin və Paşinyanın telefon söhbətindən sonra Matviyenkonun Bakıya səfəri də bu məsələni müzakirə etmək məqsədi daşıyıb. Lakin Bakının tələbi Paşinyanın sazişə Bakıda imza atmasıdır. İrəvanla Bakı arasında heç bir danışıq olmayıb, Ermənistan Azərbaycanın bütün tələbləri ilə razılaşıb", - deyə o iddia edib. /Publika.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory