Ermənistan

"Ermənistanı silahlandıran tərəfdaşları zamanı gələndə Paşinyanı meydanda tək qoyacaq" - VİDEO

17 Yanvar 2025 17:45
Baxış: 392
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanı silahlandıran, yeni təxribatlara çəkən, əlində alət edən Qərb dairələri kritik və həlledici məqamda bu dövlətin arxasından çəkiləcək. Biz əvvəlki illərdə Qərbin bu ikiüzlü siyasətinin acı nəticələrini, dünyanın bir çox ölkələrini hansı faciələrlə üz-üzə qoyduğunu çox yaxşı görmüşük.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu fikirləri ARB 24 telekanalına müsahibəsində Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.

O əlavə edib ki, bu gün Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalayan ABŞ, İrəvana silah satan Avropa İttifaqı çətin durumda Paşinyan hakimiyyətini tək qoyacaq:

"Təəssüf ki, Azərbaycanın sülh təkliflərini geri çevirən Ermənistan okeanın o tayında özünə tərəfdaş axtarır. Əlbəttə ki, bütün bunlar həm də Ermənistan hakimiyyətinin işğalçı, qeyri-konstruktiv siyasi mahiyətini ortaya qoyur. Ermənistanın güvəndiyi heç bir ölkə zamanı gələndə regiona gəlib onun yerinə döyüşməyəcək. Əgər Ermənistan bu dairələrin diqtəsi ilə bölgədə yeni hərbi təhdidlər yaradarsa, heç şübhəsiz Azərbaycanın qüdrətli hərbi gücü ilə qarşılaşacaq, meydanda tək qalaraq məhv olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.