Ermənistan

Erməni ailəsini qıran əsgər haradadır?

14 Yanvar 2025 20:45
Baxış: 989
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan Valeri Permyakovun harada olması barədə məlumatı olmadığını bildirib.

Milli.Az erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, mətbuat konfransında danışıb.

Xatırladaq faciə 2015-ci il yanvarın 12-də baş verib. İttihama görə, Rusiya bazasının əsgəri Valeri Permyakov Avetisyanlar ailəsinin evinə girərək sakinlər Aida Avetisyan, Asmik Avetisyan, Seryoja Avetisyan, Armen Avetisyan, Araksya Poqosyan və kiçik Asmik Avetisyanı güllələyib. Sonra o, balaca Sergey Avetisyana beş zərbə endirib. Uşaq 7 gün sonra xəstəxanada ölüb. Məhkəmə bazanın ərazisində baş tutub. Permyakov ömürlük həbs cəzasına məhkum edilib.

Daha sonra Rusiya həmin əsgərin Ermənistandan ekstradisiyasına nail olub. Rusiyanın bu hərəkəti həmin vaxt Ermənistanda böyük hay-küyə səbəb olmuşdu. Hətta bəziləri bu hadisənin Paşinyanın iqtidara gəlməsində böyük rol oynadığını da qeyd edirlər. /Musavat.com

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.