Ermənistan

Bakı delimitasiyanı bu cür aparacaq - Ohanyan

16 Sentyabr 2024 19:06
Baxış: 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan delimitasiyanı yalnız onun üçün faydalı olan yerdə aparacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan parlamentdə keçirdiyi brifinqdə delimitasiya komissiyalarının reqlamentinin mətnini şərh edərkən deyib.

"Əsasnamədə mövcud olan ziddiyyətlər Konstitusiya Məhkəməsi tərəfindən təsdiq olunarsa, Azərbaycanın Ermənistana təzyiq göstərməsi üçün əsas olacaq. Orada ən azı iki qeyri-real məqam var. Birincisi, Almatı Bəyannaməsinin bəndinə dəyişiklik edilməsinin mümkünlüyünə, ikincisi, müəyyən ərazilərdə delimitasiya və demarkasiyanın aparılmasının mümkünlüyünə aiddir. Azərbaycan harda öz maraqlarına uyğun delimitasiya aparmaq istəyirsə, bunu edəcək. İstəmədiyi yerdə olmayacaq. Azərbaycan Konstitusiya Məhkəməsinin icazəsindən İrəvana daha çox təzyiq göstərmək üçün istifadə edəcək", - o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.