Ermənistan

Ermənistan parlamenti delimitasiya və demarkasiyaya etiraz edənlərin təkliflərini rədd etdi

30 Aprel 2024 16:24
Baxış: 608
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan parlamenti ölkənin müxalif "Hayastan" fraksiyasının delimitasiya və demarkasiyaya dair layihəsinin müzakirəsindən imtina edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə erməni KİV məlumat yayıb.

Hakim fraksiyanın deputatları müxalifətin Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyasına dair layihəsinin parlamentin gündəliyinə daxil edilməsinin əleyhinə səs veriblər.

Məlumata görə, sözügedən layihə deputat Artur Xaçatryan tərəfindən təqdim olunub.

Qeyd edək ki, Ermənistan müxalifətinin demarkasiya ilə bağlı daha bir müraciəti aprelin 11-də rədd edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.