Ermənistan

Paşinyan separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq

28 Mart 2024 14:18
Baxış: 832
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ermənistanda "mühacirətdə olan hökuməti" təmsil edən bütün ofislər bağlanmalıdır, çünki onlar mövcudluğu ilə Ermənistanın təhlükəsizliyinə və dövlətçiliyinə təhlükə yaradırlar".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Ermənistan mediasının məlumatına görə, bunu ölkənin baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan deyib.

O, qeyd edib ki, Ermənistanda dövlət daxilində dövlət ola bilməz, mühacirətdə hökumət olmur və ola da bilməz.

"Bu avantüristlər Ermənistanda "mühacirət"də olan hökumət yaratmağa çalışırlar ki, bu da milli təhlükəsizliyə birbaşa təhdid yaradır", - deyə Taron Çaxoyan bildirib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın "Dağlıq Qarabağ"ın "hökuməti"ni tanımadığını deyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.