Ermənistan

Ermənistanda ərazi bütövlüyümüzə qarşı olan qanun layihəsi dəstəklənmədi

4 Dekabr 2023 18:03
Baxış: 1 061
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan parlamentinin dövlət quruculuğu və hüquq komissiyası Ermənistanın Qarabağdan imtinasını kriminallaşdıran qanun layihəsini geri çevirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, müxalifət tərəfindən irəli sürülən qanun layihəsi Qarabağın öz müqəddəratını təyin etməsi hüququndan imtinaya görə Cinayət Məcəlləsində dəyişiklik nəzərdə tuturdu.

Məlumata görə, komissiyanın üç üzvü qanun layihəsinin lehinə, səkkizi isə əleyhinə səs verib. Qərarı dəstəkləməyənlər hakim "Vətəndaş Müqaviləsi" partiyasının üzvləri olub.

Hökumətyönlü deputatlar "Ayakve" təşəbbüsünün Azərbaycanla sülh danışıqlarına ciddi əngəl törədəcəyini açıqlamışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.