Ermənistan

Erməni jurnalistlərin sevimli iki sualı - Diplomatlardan gözlənilməz reaksiya

4 Noyabr 2023 13:27
Baxış: 2 562
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu o deməkdir ki, dünyanın heç bir ölkəsinin rəsmisi və diplomatı Azərbaycana qarşı sanksiya barədə düşünmür, əksinə Azərbaycanla əməkdaşlığın inkişafı yollarını arayırlar

Milli.Az xəbər verir ki, bu barədə siyasi şərhçi Elxan Şahinoğlu qeyd edib. O, bildirib ki, Rəsmi Bakının Zəngəzur dəhlizinə marağı azalsa da, ermənilərin canından dəhliz qorxusu çıxmayıb.

"Erməni jurnalistlər öz ölkələrinə səfər edən xarici ölkə rəsmilərinə əsasən iki sual verirlər: "Azərbaycana qarşı sanksiyalar tətbiq etməyi planlaşdırırsınızmı?" və "Qərbi Zəngəzur dəhlizi barədə nə düşünürsünüz?". Ermənistana səfər edən rəsmilərin demək olar ki, hamısı birinci sualdan yayınaraq Ermənistanla Azərbaycan arasında sülhün vacibliyindən danışırlar. Bu o deməkdir ki, dünyanın heç bir ölkəsinin rəsmisi və diplomatı Azərbaycana qarşı sanksiya barədə düşünmür, əksinə Azərbaycanla əməkdaşlığın inkişafı yollarını arayırlar, sadəcə Ermənistanı narazı salmamaq üçün bu barədə İrəvanda açıqlama vermirlər. Zəngəzur dəhlizi barədə isə İrəvana səfər edən İran rəsmiləri, diplomatları və millət vəkilləri açıqlama verir, bunun İranın maraqlarına zidd olduğunu vurğulayırlar. Bildik, erməniləri yaxşı aldatdınız, Zəngəzur dəhlizinin əleyhinə ona görə çıxdınız ki, Azərbaycanla Türkiyəni birləşdirən dəhliz İrandan keçsin. Biz razılaşdıq. Rəsmi Bakının Zəngəzur dəhlizinə marağı azalsa da, ermənilərin canından dəhliz qorxusu çıxmayıb", o fikrini yekunlaşdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.