Ermənistan

Ermənistanda 4 müstəntiq narkotikə görə həbs edildi

1 İyun 2023 18:48
Baxış: 848
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanda paytaxt İrəvanın Arabkir rayonunun istintaq şöbəsinin 4 müstəntiqi həbs edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib.

Onun sözlərinə görə, müstəntiqlər narkotik vasitələrin qanunsuz dövriyyəsi və vəzifə səlahiyyətlərindən sui-istifadə də ittiham olunurlar.

Ermənistan Milli Təhlükəsizlik Xidməti araşdırma apardığı üçün Qor Abramyan təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, narkotik maddə qəbul etdikləri üçün Ermənistan polisinin 10 əməkdaşı daxili işlər orqanından uzaqlaşdırılıb.

Daxili işlər nazirinin müavini Arpine Sarkisyan jurnalistlərə açıqlamasında bildirib ki, 6 hadisə üzrə cinayət işi başlayıb. Onun sözlərinə görə, attestasiyadan əvvəl polisə qəbul olunanlar narkotik testindən keçəcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.