Hava

Temperatur 9° düşəcək - Xəbərdarlıq

28 Aprel 2023 17:38
Baxış: 3 469
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda və Abşeron yarımadasında aprelin 30-u axşamdan mayın 02-səhərədək şimal-qərb küləyinin 15-20 m/s arabir 23-25 m/s, 01-i səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 30-da gündüz şimal və qərb rayonlarından başlayaraq mayın 04-ü gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan-xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, mayın 01-də bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9° aşağı düşəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.