Ermənistandan hiyləgər gediş: Avropa Məhkəməsində Azərbaycana qarşı yeni iddia
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2022-ci il iyulun 27-də Ermənistan Avropa İnsan Haqları Məhkəməsinə Azərbaycana qarşı yeni, dövlətlərarası iddia qaldırıb.
Milli.Az "Yeni Müsavat"-a istinadla bildirir ki, bu barədə erməni KİV-ləri yazıb.
Ermənistanın Beynəlxalq Hüquq Məsələləri üzrə Nümayəndəliyinin yaydığı xəbərə əsasən, sözügedən iddia guya Azərbaycanın "törətdiyi təcavüz nəticəsində mülki əhalinin hüquqlarının pozulması" haqdadır. Söhbət Fərrux kəndi ətrafında baş vermiş məlum hadisələrdən, guya kəndlərin mülki erməni əhalisi üçün yaranan real təhlükələrdən, onlara qarşı vaxtaşırı "güc tətbiqi"ndən gedir. İddia olunur ki, "2021-2022-ci illərdə bunun nəticəsində "artsax"lıların yaşamaq hüququ pozulub".
Bəs Azərbaycana qarşı belə əsassız iddia icraata götürələcəkmi və onun hansısa hüquqi nəticələri ola bilərmi? Azərbaycan da qarşılıqlı iddia qaldıracaqmı? Qarabağ ərazisinin yuridik olaraq Ermənistana nə dəxli var? Ümumiyyətlə, biz işğalçı Ermənistanı nə vaxt beynəlxalq məhkəməyə verib təzminat tələb edəcəyik? Proses nə yerdədir?
Milli.Az xəbər verir ki, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov "Yeni Müsavat"a qeyd etdi ki, bununla Ermənistan hadisələri qabaqlamaq istəyindədir. Onun sözlərinə görə, onlar öz etdiklərində Azərbaycanı günahlandırırlar: "Bu, Ermənistan üçün çox vacibdir. Çünki Qarabağda baş verənləri ermənilərin "etnik təmizlənməsi" və onlara qarşı Azərbaycan tərəfindən "dözümsüzlük" kimi bağlamağa çalışırlar. Ermənilər yaxşı bilir ki, xristian həmrəyliyi və kiçik toplum olan ermənilərin müdafiəsində bu hücum onların köməyinə daha çox gələ bilər".
Z.Məmmədov xatırlatdı ki, ermənilər 200 ildir ki, gah Türkiyənin, gah Azərbaycanın ermənilərə qarşı guya etnik təmizləmə siyasəti apardığını iddia edirlər: "Ancaq Ermənistanda, ardınca Qarabağda və Şərqi Zəngəzurda azərbaycanlılara qarşı etnik təmizləmə aparıldığı məlumdur. İndi diplomatiyamızda beynəlxalq hüquq istiqamətində ixtisaslaşan məsul şəxslərimiz var və hücuma hücum taktikasını seçmək lazımdır. Hazırda bundan istifadə edilir. Hansı qərardan asılı olmayaraq, ermənilər istəklərinə çatmayacaq, Xankəndi, Xocalı və digər ərazilərdə üçrəngli bayrağımız ucalacaq. Artıq lobbi qruplar istisna olmaqla, heç kəsdə Ermənistanın hərəkətlərinə inam qalmayıb. Bu cür addımlar özlərinə zərərdir".
Siyasi ekspert Ramiyə Məmmədova hesab edir ki, erməni tərəfinin bu həşiri nəticə verməyəcək: "Onların əlində sübut yoxdur ki, Avropa Məhkəməsinə təqdim etsinlər. Nə 44 günlük müharibədə, nə Fərruxun nəzarətə götürülməsində, nə də sonuncu "Qisas" əməliyyatında bir mülki erməni zərər görməyib. Ona görə Avropa Məhkəməsinə hansısa faktlar təqdim etmədən işi udmaq mümkün deyil. Təbii ki, Azərbaycan diplomatiyası da əl-qolunu sallamayacaq və bu yöndə addımlar atacaq. Amma biz beynəlxalq hüquqdan kənar heç bir iş görməmişik. Əvvəla, öz ərazilərimizdə suverenliyi təmin edirik,
İkincisi, heç bir dinc erməni Qarabağın dağlıq ərazisindən qovulmayıb, əksinə, müharibədən sonra avtobuslarla Xankəndinə, Ağdərəyə, Xocavəndə qaytarılıblar. Sadəcə, birgə bəyanatda hansı əraziləri boşaldılması göstərilibsə, onu icra etməlidirlər. Biz hər hansı əliyalın erməniyə güc göstərməmişik - onlardan fərqli olaraq. Son antiterror əməliyyatı da səliqəli, koordinat üzrə aparıldı, terrorçu postları vuruldu, evində oturan silahsız erməninin başından bir tük də əskik olmadı. Hansı təhlükədən söhbət gedə bilər? Üstəlik, hara istəyirlərsə, şikayət etsinlər, qoyun bir 30 il də onlar müraciətlər yazsınlar".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Xaçaturyan müharibədə ölənlərin sayını açıqladı - Aparat təkzib etdi
-
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunacaq
XƏBƏR LENTİ
-
Azərbaycanın ilk sərhədçi generalı vəfat etdi
-
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Pensiyalar 10 faiz artdı
-
Azərbaycan millisinin heyəti açıqlandı - 30 futbolçu
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)
-
Məşhur müğənni 15 ildən sonra Suriyada konsert verdi
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Afra Saraçoğlu da saxlanıldı
-
Ermənistanın keçmiş Baş nazirinin qardaşı saxlanıldı
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
-
"Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"
-
Ölkədə ətin qiyməti bahalaşacaq?
-
Kadırovun 18 yaşlı oğlu çıxışı ilə gündəm oldu - (Video)
-
Oğurluq edən "Cennifer Lopez" saxlanıldı
-
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX - (Video)
-
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
-
Hərbi xidmət keçmədən “yararlı” hərbi bilet almaq mümkündürmü?
-
Türkiyədə 17 yaşlı qızlarını zəncirləyən valideynlər tutuldu: “Qızını döyməyən dizini döyər” - (Video)
-
Rusiya ordusunun 1668 günlük müharibədə itkiləri açıqlandı
-
Tbilisidə 55 uşaq və bir əməkdaş zəhərləndi
-
DTX terror təşkilatlarının kriptovalyuta üzərindən maliyyələşdirilməsini aşkarlayıb
-
Conidən evli olması xəbərinə reaksiya
-
Bakıda 13 yaşlı qız hamilə qaldı, 18 yaşlı oğlan həbs edildi
-
ABŞ qırıcısı qəzaya uğradı





