Ermənistan

Ermənistanda yarım milyona yaxın insan acdır - BMT

9 İyun 2022 09:15
Baxış: 1 294
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

BMT-nin Ümumdünya Ərzaq Proqramının "Aclıq xəritəsi"nə əsasən, Ermənistanda 500 minə yaxın insan normadan az qidalanır.

Milli.Az xəbər verir ki, təşkilat eyni zamanda, son bir ayda qida çatışmazlığından əziyyət çəkənlərin sayının 70 min nəfər artdığını bildirib.

Qeyd edilir ki, ölkədə 5 yaşa qədər uşaqların təxminən 4,4 faizi kəskin, 9,4 faizi isə xroniki qidalanmadan əziyyət çəkir.

Dünya Bankının məlumatına görə, Ermənistanda 2021-ci ildə yoxsulluq 7 % artıb. 2020-ci ildə bu, 27 % olub.

Qeyd edək ki, Ermənistanın əhalisi 3 milyon nəfərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.